4 il bundan öncə Azərbaycan xalqı cəbhədən çoxdan gözlədiyi xəbərləri eşitdi.1994-cü ildən başlanan və arabir pozulan sükut yerini şiddətli döyüşlərlə əvəz etdi. Elə ilk gündən şad xəbərlər bizi sevindirdi. Cəbhəboyu bütün əməliyyatlar Azərbaycan əsgərinin uğurları ilə yadda qaldı. Bu gün Azərbaycan müstəqilliyi tarixinə şanlı səhifə kimi yazılan 4 günlük müharibədən danışacağıq. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artileriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si şəhid oldu, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Hücumun qarşısını alınması məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrin komandlığı tərəfindən Ağdərə -Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 ədəd tank,15-dək artileriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən 100-dən çox hərbi qulluqçusu məhv edildi. Azərbaycan Silahlı Qüvvələrin isə 12 Hərbi qulluqçusu Şəhid oldu. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Selsulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Füzuli rayonu istiqamətində yerləşən geniş ərazini nəzarətdə saxlamaq imkanı verən stratejli əhəmiyyətli Lələtəpə adlandırırlan yüksəklikdə Azərbaycan Qüvvələrinin nəzarəti altına keçdi. 2 Aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatına və cavab tədbirlərini saat 15-dən başlayaraq birtərəfli qayda dayandırmaq barədə qərar qəbul etdi. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin geri qaytarılmasına cəhd göstərdi. Nəticədə 10-a yaxın tank həmçinin canlı qüvvə sarıdan xeyli itki verdi. Aprelin 3-dən başlıyaraq Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində birtərəfli qaydada əks həmlə və cavab tədbirlərini dayandırdığını elan etsə də düşmən tərəfin buna məhəl qoymaması döyüşlərin davam etməsinə gətirib çıxardı. Nəticədə erməni tərəfi yenə çoxsaylı itkilər verdi və Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə bütün cəbhəboyu vəziyyət gərgin olaraq qaldı.Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınması üçün Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Bu istiqamətdə düşmənin strateji baxımından əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb. Aprelin 4-də axşam saatlarında Ermənistanın 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib cəbhənin Xocavənd-Füzuli istiqamətində isə Ermənistanın 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar. Ümumillikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb. Düşmənin 20-dək hərbi texnikası tam sıradan çıxarıldı. Aprelin 5-də saat 12-dən etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında əldə edildi. Aprelin 5-də saat 12:10 dan başlayaraq aprelin 6-sı saat 12:56-dək sutka ərzində Azərbaycan - Ermənistan dövlət sərhəddində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respubilkasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərin Ermənistan Respubilkasının Cermux, Mehri və Sisyan rayonlarındakı mövqelərindən iriçaplı silahlardan və qumbaratanlardan atəşə məruz qaldı. Azərbaycanın Əlahiddə Ümumiqoşun ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susduruldu. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis istehkam qurğusunu dağıtdı. Aprelin 29-da Ermənistandan da 3 yüksək rütbəli hərbi və müdafiə rəsmləri 4 günlük müharibədə uğursuzluğa görə işdən qovuldular. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 Hərbi qulluqçusu şəhid oldu, 1 MİQ helikopteri vuruldu və bir tank mina partlayışı zamanı sıradan çıxdı. Döyüşlərdə ermənilərə məxsus 30 tank 15-dək artileriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi. 320 döyüşçü öldürüldü və 500- dən artıq döyüşçü yaralandı. Aprel döyüşlərində şəhid olmuş bütün hərbi qulluqçularımızı dərin hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Aprel döyüşləri Azərbaycan xalqı üçün böyük zəfərin başlanğıcı idi. Aprel döyüşlərindən 4 il sonra 2020-cil 27 sentyabr tarixində Azərbaycan Respubilkasının Prezidenti Cənab Ali Baş Komandanın başlatmış olduğu Dəmir Yumruq əməliyyatı nəticəsində Şanlı Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş bütün torpaqlarımızı azad etdilər. Sentyabrın 27-də başlayan müharibə sadəcə 44 gün sonra noyabrn 10-da məğlubiyyətə uğramış Ermənistan dövlətinin geri çəkilməsi ilə sonlandı. Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizə Allahdan Rəhmət ailələrinə və yaxınlarına səbr diləyirik. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağ Azərbaycandır!Şeyda Əzizova, "Aran Media" qəzetinin baş redaktoru